ÇAXAY (Türk xalqlarının mifologiyası)

ARQONAVTLAR
2 min readMay 16, 2021

--

Çaxay — türk və altay mifologiyasında İldırım Tanrısıdır. Çakkay və ya Şakkay kimi də tanınır.

Bu tanrı şimşək və ildırım çaxdırır. Yayına qoyub atdığı oxlar onun ildırımlarıdır. Yerdəki şər ruhları təqib edərək, gizləndikləri ağacların üzərinə alov göndərir. İldırım düşən ağacın bir hissəsi evdə saxlansa, o ev şər ruhdan qorunurmuş.

Bəzi türk xalqları İldırım tanrısına süd qurban verirlər. Süd ildırım alovunu söndürən və onu uzaqlaşdıran bir şeydir.

İldırımın düştüyü yer, artıq Çaxay xana aiddir və heç kim o ərazini özünə mülk edə bilməz. Monqollar şimşək və ildırımdan qorxur, türklər isə sevinirdilər. Monqol tarixində ildırım bağlı səmaya görə yarımçıq qalan və ya uduzulan müharibələrdir. Türklər isə ildırım düşəndə at çapıb, səmaya ox ataraq bunu qeyd edirdilər.

İldırım yazda “yeni günün” və ya “yeni ilin” xəbərçisi kimi qəbul edilir. Çünki ildırım tanrının oxudur. Onun oxlarını qəbul etdiklərini belə ifadə edirdilər. Bundan başqa ildırım düşən yeri ziyarətgaha çevirirdilər.

Türk mədəniyyətində ildırım.

Göydən gələn ildırımın qırıntılarından “Koroğlu” və “Atilla”nın qılıncları hazırlanmışdı və bunlar müqəddəs sayılır.

Potaninin fikrincə Şamanların qavala vuraraq səs çıxartmaqlarının məqsədi bu səsi şimşək çaxmasına bənzətməkdir.

Monqolca Şahılgan bu gün elektrik mənasını ifadə edir. Qədim halı Tıyakılgan isə şimşək mənasında işlədilirdi.

Mənbə: Türk Mitolojisi Ansiklopedisi

Qeyd: Şəklin Çaxay xanla əlaqəsi yoxdur. Pinterestdən götürülmüşdür. İllustrasiyanın müəllifi:

Wojtek Depczyński

#mifologiya #türk #türkxalqları #monqollar #Çaxay #Çaxayxan #tanrı #İldırımtanrısı #ildırım #şimşək #altay #ox #yay #şərruh #yenigün #yeniil #qılınc #şaman #mythology #turkish

Sign up to discover human stories that deepen your understanding of the world.

Free

Distraction-free reading. No ads.

Organize your knowledge with lists and highlights.

Tell your story. Find your audience.

Membership

Read member-only stories

Support writers you read most

Earn money for your writing

Listen to audio narrations

Read offline with the Medium app

--

--

ARQONAVTLAR
ARQONAVTLAR

Written by ARQONAVTLAR

Blogumuz Rick Riordanın mifologiya aləminə həsr etdiyi kitabından bəhs edəcək. Miflər, əsatirlər, qəhrəmanlıq, mifalogiya dünyasına səyahət başlasın...

No responses yet

Write a response