Ma Tsu və ya Mazu Çin mifologiyasında Daoizm inancında yer və dəniz ilahəsidir. Çincə Ma zu “Ana ata” mənasındadır. Ma Tsu balıqçıların da qoruyucusudur.

Lin Moniang 960-cı ildə Lin Yuanın 7 övladından biri olaraq dünyaya göz açır. Doğularkən ağlamadığına görə ona “Səssiz qız” deyirdilər. Mazu 8 yaşında olarkən dini mətnləri oxuyub, gördüyü yuxular ilə gələcəkdən xəbər verə bilirdi. Bir gün yuxuda balıqçı qardaşlarının dənizdə batdığını görür və dənizin dalğalarını sakitləşdirərək əlləri ilə qardaşlarını, ağzı ilə isə atasını çəkib dənizdən çıxardır. Bu vaxt qızının transda olduğunu görən ana onu oyandırmağa çalışır, lakin Mazu oyanmır. Bu səfər ana qızının öldüyünü düşünərək ağlamağa başlayır. Anasının fəryadını eşidən qız oyanır və onu səsləyir. Səsləyərkən də atasını ağzından salır, ancaq qardaşlarının evə sağ-salamat qayıtmağına kömək edir. Qardaşlar başlarına gələni danışdıqca qızın həyata keçirtdiyi möcüzə hamıya ayan olur. Dənizçilərin ibadət etdiyi ilahə 16 yaşında olarkən hava axınını da idarə etməyi öyrənərək bir çox möcüzə reallaşdırır. Nəticədə xeyli insanın həyatını xilas edir. Mazunun ölümü haqqında da xeyli əfsanə vardır. Belə ki, 987-ci ildə 28 yaşında ölüb. Deyilənə görə bir dağın zirvəsinə çıxıb, ordan da cənnətə uçmuşdur. Digər əfsanəyə görə isə 16 yaşında olarkən atasını tapmaq üçün dənizə gedir və üzməkdən yorulub boğulur. Cəsədi isə Matsu adalarından Nankan adasının sahilinə çıxmışdır.

Çin ay təqviminin 3-cü ayının 23-cü günü Ma Tsunun ad günüdür və bu münasibətlə də həmin gün Mazu festivalı keçirilir.

Ma Tsuya ən çox Zhejiang, Fujian, Tayvan və Vietnamda ibadət edilir.

#mifologiya #çin #çinmifologiyası #dəniz #dənizilahəsi #ilahə #tanrı #daoizm #dinimətn #mythology #chinesemyth #MaTsu #Mazu #dənizçi #balıqçı #god #goddess #ARQONAVTLAR

Sign up to discover human stories that deepen your understanding of the world.

Free

Distraction-free reading. No ads.

Organize your knowledge with lists and highlights.

Tell your story. Find your audience.

Membership

Read member-only stories

Support writers you read most

Earn money for your writing

Listen to audio narrations

Read offline with the Medium app

ARQONAVTLAR
ARQONAVTLAR

Written by ARQONAVTLAR

Blogumuz Rick Riordanın mifologiya aləminə həsr etdiyi kitabından bəhs edəcək. Miflər, əsatirlər, qəhrəmanlıq, mifalogiya dünyasına səyahət başlasın...

No responses yet

Write a response