Kampenin əsiri

ARQONAVTLAR
2 min readJul 26, 2020

--

Kampe kimdir?

Kampa və ya Kampe dəhşət doğuran canavarlardandır. Üstün qüvvələrə sahibdir və Kronosun müttəfiqidir. İlk başda təpəgözlərin və hekatonxeyrlərin türməsini idarə edir. Zevs onları azad edərək Kampeni öldürür. Kitabda isə məlum olduğu kimi Kronos onu dirildərək Labirintə yerləşdirir. Ölür ya qalır bu artıq spoilerdir.

Silahı: əyri, zəhərli caynaqlar.

Məskəni: Tartar, Alkatras adası…

Atası: Tartar

Anası: Geya

Bacı və qardaşları: Giqantlar və Tifon (Tayfun)

Kampe ilə kitabda ilk dəfə “Ölüm labirinti” hissəsində tanış oluruq.

Mən onların hamısını öldürəcəm!!! Heç kəs mənim intiqamımdan qaça bilməz!

-deyə Kampe Lukaya deyir. “Ölüm labirinti.”

Kampe Kronosun hakimiyyəti illərində təpəgözlərin və hekatonxeyrlərin türməsinə nəzarət edirdi. Bayaq da qeyd etdiyimiz kimi sonra Zevsin beyninə küləy əsir hardansa gəlir Kampeni öldürür əsirləri azad edir və ilk Titanomaxiyanı başladır. Kampe Zevsin ildırımlı əsası ilə məğlub edilən ilk məxluq olub.

Xarici görünüşü: Kampe xarici görünüşcə beldən yuxarınqadın cinsinə mənsubdur, saçlarının əvəzinə ilanlar fısıldayır (meduzanı xatırladınız? hə, mən də). Beldən aşağı əjdaha bədənidir və 4 pəncəyə malikdir. Hər pəncəsinin dərisində yüzlərlə məxluqlar baş çıxardır. İyrəncdir, bilirəm, nəysə.

Bel hissəsini isə ayıdan tutmuş adlarını eşitmədiyiniz məxluqlara qədər kəmər sarı və bu kəmərdəki canavarlar dayanmadan ağızlarını açıb dişləməyə bir şey axtarırlar. Kürəyi hissədə iki yekə qanad və arxadan əqrəb quyruğuna bənzər zəhər saçan tikanlı quyruq var.

Silahının təsviri: Kampenin 2 uzun bürünc qılıncı var. Bu qılınclarlar zəhərli olmaqları ilı yanaşı yaşıl işıq da saçırlar. Qılıncların ətrafında dövr edən buxar və istilik elə bir üfunət iyə və turş qoxuya malikdir ki, bunu uzaq məsafədən belə hiss etmək olar. Bu qılınclar düşməni külə çevirir və öldürür. Hədsiz itidirlər, hətta divarı belə yara bilərlər. Kampenin zəhəri təpəgözlər və hekatonxeyrlər üçün ölümcül olmasa da onlara dözülməz ağrılar verir.

Kampe Geyanın uşaqları ilə danışdığı dildə danışır. Bundan əlavə kitabda biz onun da şahidi olduq ki, bu məxluq orijinal qızıl üçlüyü belə qorxudur.

Son olaraq, Kampe yeganə canavarlardandır ki, Percy onunla savaşmaq əvəzinə üstünə qoyub qaçır…

Bu qədər. Hələlik.

Mənbə: rickriordan.wikia.ru

@percyjackson Rich Riordan #kampe

--

--

ARQONAVTLAR
ARQONAVTLAR

Written by ARQONAVTLAR

Blogumuz Rick Riordanın mifologiya aləminə həsr etdiyi kitabından bəhs edəcək. Miflər, əsatirlər, qəhrəmanlıq, mifalogiya dünyasına səyahət başlasın...

No responses yet