“Komanda Leo” -nun Rick Riordanla ilk görüşü
Deməli belə, bu gün düşərgəyə getməmişdən əvvəl sizə Rick Riordan haqqında qısa məlumat vermək istəyirəm. Amma əvvəl Rick ilə tanışlığımdan danışacam.
Mənim Rick əmi ilə tanışlığım, nə yalan deyim, təsadüfən olub. Silsilə kitab oxuyub bitirmişdim və həmişəki kimi kitabın təsirindən çıxa bilmirdim. Günlərcə oxuduğum hadisələri, qəhrəmanları düşünürdüm. Yeni macəra axtarırdım. Tv-də Percy Jackson filmini gördüm. Kitabdan bixəbər olduğum üçün ilk hissə xoşuma gəldi. Amma ilk hissə… Sonra filmin eybi adlı kitaba özənərək çəkildiyini öyrəndim. Bax elə həmin an mənim üçün bayram oldu ☺. Yeni macəranın başlayacağını hiss edirdim. Heç yanılmadım da. İlk kitabı oxuyanda “Komanda Leonun” digər iki üzvü, Afinanın qızı və Poseydonun qızı, kitab qurdları da mənə qoşuldu və biz bu uzun təhlükə, həyəcan, sevinc, kədər dolu yolları birlikdə getdik. Maraqlısı odur ki, oxuduqca özünüz də görəcəksiniz, kitablarda əksər qəhrəmanlar 3-lük təşkil edir. Biz də 3 nəfər idik. Sanki bu bizim taleyimizdə yazılmışdı…