Skandinav folkloruna nəzər salsaq görərik ki, Myling, xaç suyuna salınmayan və düzgün dəfn olunmayan uşaqların ruhlarına verilən addır. Uşaqların ruhları o vaxta qədər dünyada qalır ki, onlar kimisə razı salırlar ki, cəsədlərini düzgün tərzdə dəfn etsinlər.

Myling (fincə “utburd” və ya “ihtiriekko” olaraq da bilinir) gecə tək gəzənləri qovalayır və onların bellərinə hoppanırlar. Bəzən onların səslərini eşidirsən, hansıki oxuduqları melodiyalarda analarının cinayətindən danışırlar. Deyirlər ki, onlara ad verib, qəbirstanlıqda dəfn etdikdə, ruhlar müqəddəs torpaqlarda dincələ bilir. “Utburd” sözü “çölə çıxarılan” mənasını ifadə edir. Başqa sözlə desək, istənilməyən uşaqlar meşəyə və ya digər uzaq bir yerə tərk edilirlər. Demək olar ki, ölüm səbəbləri valideynləridir. İnanclara görə uşaqların ruhları elə öldükləri yerdə olur və qatilləri təqib edirlər.

Qəzəbli ruhların qisas almaq istədikləri inancı, onları Skandinav mifologiyasında ən qorxulu ruh növlərindən biri edibdir.

#mifologiya #skandinaviya #skandinavmifologiyası #MYLING #ruh #xaçsuyu #intiqam #körpə #uşaq #qorxu #mythology

--

--

ARQONAVTLAR
ARQONAVTLAR

Written by ARQONAVTLAR

Blogumuz Rick Riordanın mifologiya aləminə həsr etdiyi kitabından bəhs edəcək. Miflər, əsatirlər, qəhrəmanlıq, mifalogiya dünyasına səyahət başlasın...

No responses yet