Njord- Njörðr german-skandinav mifologiyasında dəniz tanrısıdır. Külək ilə də əlaqələndirilmişdir. Belə ki, bir dəniz tanrısı olaraq qasırğaları sakitləşdirir, çətinliyə düşən gəmilərə kömək edir, əlverişli küləklərin əsməsinə şərait yaradır.

Njord bacısı Nerthus ilə evlənmişdir. Deyilənə görə Freyr ilə Freyjanın anası Nerthusdur, amma ataları Njorddur. Njord bu evlilikdən sonra nəhəng Skadi ilə evlənmişdir.

Njord Vanir tanrılardandır və Noatunda yaşayır. Noatun “gəmilərin məkanı” mənasında işlədilir.

Aesirlə Vanirlər arasında olan müharibənin sonunda oğlu Freyr, qızı Freyja ilə birlikdə Aesir tanrılarına verilmiş və o vaxtdan etibarən Asgardda yaşamışdır.

Njord Vikinglərin dinində sərvət, dəniz, dənizçilik ilə əlaqələndirilirdi. Belə ki, Skandinaviya ölkələrində əgər bir adam çox varlıdırsa ona “Njord qədər zəngin” deyirdilər.

Skandinaviyada ən çox ibadət edilən tanrılardan biri də Njord idi. Vikinglər gəmilərinə Njordun fiqurlarını çəkirdilər.

Grímnismálda Njord haqqında “Yüksək taxta məbəd” Noatunu idarə edən, “Pis niyyətdən məhrum”, “İnsanlığın şəhzadəsi” kimi danışılır.

#mifologiya #germanskandinav #skandinavmifologiyası #Njord #tanrı #dəniztanrısı #Aesir #Vanir #Freyr #Freyja #ilahə #nəhəng #div #Noatun #gəmilərinməkanı #dəniz #viking #Nerthus #Asgard #Njörðr #Grímnismál #Skadi

Sign up to discover human stories that deepen your understanding of the world.

Free

Distraction-free reading. No ads.

Organize your knowledge with lists and highlights.

Tell your story. Find your audience.

Membership

Read member-only stories

Support writers you read most

Earn money for your writing

Listen to audio narrations

Read offline with the Medium app

--

--

ARQONAVTLAR
ARQONAVTLAR

Written by ARQONAVTLAR

Blogumuz Rick Riordanın mifologiya aləminə həsr etdiyi kitabından bəhs edəcək. Miflər, əsatirlər, qəhrəmanlıq, mifalogiya dünyasına səyahət başlasın...

No responses yet

Write a response