Nyx, Niks, Nikta

ARQONAVTLAR
2 min readApr 27, 2020

--

qədim Yunan mifologiyasına görə gecə ilahəsinin şəxsləşdirilmiş adıdır. Yunan mifologiyasına görə Xaosdan törəmişdir. Həmişə kölgələrin içərisində, güclü bir qadın kimi təsvir olunsa da baş verən hadisələrə nadir hallarda qoşular, yer kürəsinə də ancaq gecə, kölgələrin içərisində enib bir neçə dəqiqəlik görünərmiş. Nikta özü kimi Xaosdan yaranan (yunan mifologiyasında yuxunu tərənnüm edən yarımtanrı, yarımruhdur)adında bir qızları olduğunu da yazıb. Lyssa da intiqam, heyvanlardakı quduzluğun şəxsləndirilmiş forması olan bir cindir. “Qaranlıq” yəni Erebosla birləşərək və Efiri “Aether” (göyün yüksək mavi, işıqlı təbəqəsi) dünyaya gətirib. Bundan başqa Nikta öz -özünə tanrı və ilahələr də dünyayagətiri.

Bundan əlavə Niktanın dünyaya gətirdiyi mifolojik varlıqlardan ən məşhuru Morpheusdur.
Bu boyda tanrı, ilahə, varlıq bəsi deyilmiş kimi Tragediya yazarı Euripides Nikta ilə Uranın
Hesiodesə görə Niktanın Tartarda yəni yerin yeddi qat dərinliyində bir qəşəng malikənəsi varmış və demək olar ki, uşaqları ilə orada yaşayarmış.Yeri gəlmişkən onu da qeyd edək dağ boyda kişi olan, oo boyda Olimpi idarə edən Zevs Niktadan çəkinir (Qorxur).
Əlavə məlumatlar: 1997-ci ildə Veneradakı bir təpəyə Nyx adı verilib.
Diqqət: Mötərizə daxilindəki adlar orijinal adlarıdır. Qorqonlara diqqət edin mələzlər. Başımız bu aralarda Apollonun işlərinə qarışıb :) 1. Yuxu tanrısı Hipnos (Hypnos) və əkizi ölüm tanrısı Tanat (Thanatos)
2. Fəlakət tanrısı Moros
3. Qocalıq tanrısı Geras
4. Şər, böhtanın şəxsləşdirillmiş adı tanrı Momos
5. İntiqam ilahəsi Nemesis
6. Qarabasma, aldatma ilahəsi Apate
7. Səfalət tanrısı Oizys
8. Sevgi, dostluq, cinsi həvəs ilahəsi Filotes
9. Fitnə -fəsad ilahəsi Eris
10. Mifoloji varlıq Onir

Originally published at http://argobookworms.blogspot.com.

--

--

ARQONAVTLAR
ARQONAVTLAR

Written by ARQONAVTLAR

Blogumuz Rick Riordanın mifologiya aləminə həsr etdiyi kitabından bəhs edəcək. Miflər, əsatirlər, qəhrəmanlıq, mifalogiya dünyasına səyahət başlasın...

No responses yet