STRİGOİ (Ruminiya mifologiyası)

ARQONAVTLAR
Apr 22, 2021

--

Strigoi Ruminiya mifologiyasında qəbirlərdən çıxan lənətli ruhlardır. Rumincə mənası “qışqırmaq” deməkdir. Bəzi strigoilər yaşayıb, sehirli güclərə malik insana çevrilə bilirlər. Bu məxluqların dişilərinə isə “striga” deyilir. Strigoilər bəzən zombi vampir kimi bilinirlər. Xüsusiyyətləri isə heyvana çevrilmək, ölümsüzlük, günəş işığına dözümlü olması və qurbanlarının qanını boşaldaraq öldürməkdir. Strigoi bir növ cadugərdir. Kəndlilərin taxılını və südünü oğurlayır, yağışı dayandırır və istəsə dolu belə yağdıra bilir. Qurbanları ümumiyyətlə insanlar və mal-qaradır. Ölü strigoilər yaşayanlara nisbətən daha təhlükəli və şeytanidir.

Bir strigoidən xilas olmaq üçün ürəyini çıxardıb ikiyə bölmək, alnına mismar vurmaq, dilinin altına bir diş sarmısaq qoymaq və bədənini donuz piyi ilə ləkələmək lazımdır.

Mənbə: Mitolojikdünya

#mifologiya #Ruminiya #Ruminmifologiyası #vampir #qurdadam #striga #Strigoi #ruh #məzar #mythology

--

--

ARQONAVTLAR
ARQONAVTLAR

Written by ARQONAVTLAR

Blogumuz Rick Riordanın mifologiya aləminə həsr etdiyi kitabından bəhs edəcək. Miflər, əsatirlər, qəhrəmanlıq, mifalogiya dünyasına səyahət başlasın...

No responses yet