SURYA (Hindistan mifologiyası)

ARQONAVTLAR
3 min readJul 8, 2021

--

Surya Hinduizmdə günəş tanrısıdır. Sözün mənası sanskritcə günəş deməkdir. Qədim Hindistan ədəbiyyatındakı Surya sinonimlərinə Aditya, Arka, Bhanu, Savitr, Pushan, Ravi, Martanda, Mitra, Bhaskara, Prabhakara və Vivasvan daxildir.Surya həmçinin Racəstan, Qucarat, Madhya Pradeş, Bihar, Uttar Pradeş, Jharkhand və Odişa kimi əyalətlərdə Saura ənənəsində günəş tanrısını əks etdirir. Surya bir vaxtlar Vişnu, Şiva, Şakti, Qaneş kimi tanrılarla birlikdə yad edilir və ibadət edilirdi ki, sadəcə kiçik bir qrup Saura məzhəbi Suryaya uca tanrı kimi ibadət edirdi..

Surya Manu (insan irqinin öndəri), Yama (Ölülərin tanrısı), Ashvins (tanrıların həkimləri), Karna (Mahabharatada böyük qəhrəman) və Sugriva kimi vacib tanrıların atasıdır.

Puranalarda (Hindu mif və əfsanələr məcmuəsi) qeyd olunur ki, tanrıların silahları məhz Suryadan kəsilmiş parlaq hissələrdir. Onun gücü qaranlığa qalib gəlmək, xəstələri sağaltmaq, dünyanı işıqlandırmaq və isitmək üçün lazımlı idi.

Surya Hindu astrologiyasının zodiak sistemində olan doqquz cənnətdən “planet”(Navagraha) biridir. Bürc sistemində Simha (şir) lordudur. Surya və ya Ravivaranın və ya Bazar gününün Hindu təqvimindəki təməlidir.

Hind mifologiyasında Suryanın təsviri.

Ümumiyyətlə Surya səmada işığın yeddi rəngini və həftənin yeddi gününü təmsil edən 7 atın qoşulduğu, zanbaq və şəfəqlərlə əhatələnmiş bir arabada təsvir edilir. Suryanın arabada olan təsvirlərini Bodhgaya’daki Mahabodhi məbədinin Buddha məhəccərində, (eramızdan əvvəl 2-ci əsr), Bhaja Mağaralarında (eramızdan əvvəl 1-ci əsr) və Xandagiri mağaralarında Ananta Gumpha’da görə bilərik. Bundan başqa Surya Dharmachakra olaraq şərh olunan çakra kimi də təsvir edilir.

Suryaya həsr olunmuş ən görkəmli məbəd Odişa şəhərindədir. Qara Pagoda adlandırılan Surya Deula adlı məbəd Günəş məbədidir.

Suryaya hörmət etmək məqsədilə təşkil olunan festivallar və ziyarətlər arasında Makar Sankranti, Pongal, Samba Dashami, Ratha Sapthami, Chath puja və Kumbh Mela yer alır.

Surya Buddist əsərlərdə, məsələn Aşokaya həsr olunan əsərlərdə tanrı kimi göstərilir.

Rəqs

Bharatanatyam klassik hind rəqslərinin repertuarına Suryaya hörmət əlaməti olaraq bütün kainata işıq saçan şəfəq mənasına gələn eləmetnlər daxildir.

Yoga

Sūrya namaskāra günəşi salamlamaq deməkdir. Yoga istiləşmə rutinidir.

Mənbə: https://en.wikipedia.org/wiki/Surya

#mifologiya #günəş #Surya #tanrı #günəştanrısı #Vedik #hindu #hinduizm #yoga #rəqs #məbəd #sanskrit #Aditya #Arka #Bhanu #Saura #Vişnu #Şiva #Shiva #Vishnu #Manu #Yama #Ashvins #Karna #Purana #Hinduastrologiyası #Navagraha #Simha #Surya #Ravivara #SuryaDeula #MakarSankranti #KumbhMela #festival #Bharatanatyam #buddizm #Sūryanamaskāra #tanrı #god #indiangod #mythology #ARQONAVTLAR

Sign up to discover human stories that deepen your understanding of the world.

Free

Distraction-free reading. No ads.

Organize your knowledge with lists and highlights.

Tell your story. Find your audience.

Membership

Read member-only stories

Support writers you read most

Earn money for your writing

Listen to audio narrations

Read offline with the Medium app

--

--

ARQONAVTLAR
ARQONAVTLAR

Written by ARQONAVTLAR

Blogumuz Rick Riordanın mifologiya aləminə həsr etdiyi kitabından bəhs edəcək. Miflər, əsatirlər, qəhrəmanlıq, mifalogiya dünyasına səyahət başlasın...

No responses yet

Write a response