Söz-söhbət İlahəsi Fama
Fama Roma mifologiyasında hamı tərəfindən bilinən söz-söhbətin və şan-şöhrətin rəmzləşdirilmiş halıdır.
Çoxlu qulağı, gözü və dili olan, qorxulu bir məxluq kimi təsvir edilən, deyilənlərə görə yer, göy və dənizin birləşdiyi sərhəddə tuncdan düzəldilmiş sarayında bütün dünyanı pusan Fama, Qiybət, Qorxu, Sevinc, Saflıq, Qeyrisəmimilik, Üsyan ilə birlikdə yaşayırmış.
Fama çox vaxt şeypur üfləyən halda təsvir edilir. Deyilənə görə çox sürətli uçurmuş. Bir də deyirlər ki, “Söz uçar, yazı qalar” mənasının da fikri anası məhz Famadır.
#Roma #mifologiya #xəbərçi #sözsöhbət #qiybət #ilahə #FAMA