ŞANQO (Afrika mifologiyası)

ARQONAVTLAR
2 min readJun 4, 2021

--

Şanqo Afrika mifologiyasına görə Yoruba xalqının atasıdır. Niger çayı ilahəsi Oya ilə Oşunun yoldaşı olub, səma və şimşək tanrısıdır. Bu tanrı Afrikada Sango, Xango, Çango, Oba Koso (asılmayan kral), Latın Amerikada Jakuta (daş atan), Haitidə Nago Şango olaraq bilinir. Tanrının xidmətçilər külək “Afefe” ilə göyqurşağı “Oşun Mare”dir.

Simvolları: ikibaşlı döyüş baltası ki, adı “oşe”dir və şimşək.

Şanqo əvvəl insan olub. Belə ki, Oyo xalqının kralı olub və 7 il hakimiyyətdə olduqdan sonra vaxt keçdikcə insanlar ona tanrı kimi ibadət etməyə başlamışdır. Bu kralın nəfəsində alov olduğuna və şimşək göndərdiyinə inanılırdı. Bir gün kral yerinə göz dikən 2 rəqibi ilə dalaşmışdır. Düello nəticəsində rəqiblər ölür və xalq bunu cinayət kimi qəbul edir. Nəticədə kral, ailəsi və dostları ilə birlikdə qəbilədən uzaqlaşdırılır. Koso adlandırılan əraziyə yerləşdikdən sonra Şanqonun kampı qasırğada məhv olur və ailəsi ölür. Kral da kədərindən özünü asır. Kralın taleyi düşmənlərinin zarafatı halına gəlir, ancaq onun təqibçiləri və dostları krallarına ibadət etməyə başlayırlar və dua edirlər ki, ona gülənləri cəzalandırsın. Bir müddət sonra Kralın taleyini lağa qoyanların evləri yanmağa başlayır. Bu hadisədən sonra Şanqo ilahiləşdirilir və Kosoda onun adına bir məbəd tikirlər. Şango bir başqa ilah olan Kubadakı Şango ilə birləşdirilir.

Deyilənə görə Şanqo qasırğa yaratmaq üçün batu təbilini çalırmış.

XVIII və XIX əsrdə xeyli Afrikalı qəbilələri kölələşdirilib Amerikaya aparıldı. Cənubi Amerikanın bəzi yerlərində Afrikalı kölələr və onların nəvələri tərəfindən Şanqoya ibadət yenidən dirçəldi. XXI əsrin əvvəllərində Şanqo Kubanın Santeria ənənəsində, Haitinin Vodou dinində və Braziliyanın Candomble kültündə ibadət edirdilər. İki yeni dini hərəkətə də onun adını veriblər: Trinidad Shango və Xango.

#Şanqo #shango #mifologiya #afrika #afkrikamifologiyası #yoruba #yorubaxalqı #qəbilə #kral #şimşək #təbil #oshe #məbəd #Xango #TrinidadShango #Kuba #haiti #balta #külək #afefe #göyqurşağı #Oşun #Mare #oşun #ilahə #tanrı #ilah #god #goddess #mythology #ARQONAVTLAR

--

--

ARQONAVTLAR
ARQONAVTLAR

Written by ARQONAVTLAR

Blogumuz Rick Riordanın mifologiya aləminə həsr etdiyi kitabından bəhs edəcək. Miflər, əsatirlər, qəhrəmanlıq, mifalogiya dünyasına səyahət başlasın...

No responses yet