Şimşək oğrusu!
Bu gün sizlərə Rick Riordanın yunan qəhrəmanları haqqınıda yazdığı ilk kitab haqqında məlumat verəcəm. Silsilə əsərin adı “Percy Jackson və Olimplilər”-dir. İlk hissə isə “Şimşək oğrusu” adlanır. Əksər əsərlərdə olduğu kimi burada da əsərin baş qəhrəmanının adı kitabın adında əks olunmuşdur.
Bəs Percy Jackson kimdir?
Onun Yunan tanrılarına nə aidiyyatı var?
Şimşəyi necə oğurlamaq olar axı?
Oğru Percynin özüdür?
Percy oğrudursa necə qəhrəman ola bilər ki?
və qəhrəman olduğunu kim dedi ki?
Əsəri oxuduqca bütün bu suallara cavab tapacaqsınız.
Əsərdə Yunan tanrıları, yunan qəhrəmanları, “Böyük üçlü” və “kiçik üçlü”, eləcə də mənfi obrazlar, hətta canavarlar da mövcuddur. Jeans şalvarlı, ağ t-shirt-lü Afinanı və ya Havai tərzində gödəkcəli, qısa şortlu Poseydonu görmək üçün kitaba göz atmağa dəyər.
Siz mələz sözün eşitmisiniz heç? Günümüzdə çox geniş yayılmış bir termin olmasa da, bizim üçün çox vacib və dərin məna daşıyır. Niyəsini kitabı oxuyanda öyrənərsiniz. 😉
Hələlik isə kitab haqqında ancaq bunları deyə bilərəm:
Percy Jackson 12 yaşlarında amerikanlı məktəbli oğlandır. Günlərin bir günü heç gözləmədən riyaziyyat müəlliminin hücumuna məruz qalan Percy digər, latın dili müəllimi Mr Brunnerin ona verdiyi qələm-qılınc (hə, düz oxudunuz) sayəsində hücumu dəf edə bilir. Lakin Percynin bəlaları bununla yekunlaşmır. Köməyinə qaçan dostu Grouverin əslində 12 yaşlı oğlan yox, nəblim neçə yaşlı satir olduğunu öyrənir. “Bundan betər heçnə ola bilməz” deyə düşünürsünüzsə yanılırsınız çünki əsas sərgüzəştlər elə məhz onların “Mələz düşərgəsinə” çatmasından sonra başlayır…
Bir Harry Potter heyranı kimi deyə bilərəm ki, kitab fantaziya, mifologiya janrında oxuduğum ən əla əl işlərindən birincisidir. Gələcəkdə ekranlaşdırılmasını çox istəyərdim, serial və ya kino şəklində (indi deyəcəksiniz ki, bu barədə film var axı, hə var, aktyorlar yaxşıdır ((ulqiuorra elə düşünmür)) amma ssenarisi zəifdir,uğurlu alınmayıb, təbii ki bu mənim fikrimdir).
Onu da qeyd edim ki, Rick Riordan təkcə yunan tanrıları deyil, eləcə də roma, skandinaviya, misir tanrıları, onların mifologiyası və qəhrəmanları haqqında çoxsaylı kitablar nəşr edib. Hər biri haqqında məlumat paylaşacayıq.
Bu dünyanı bizə bəxş etdiyi üçün Rick Riordana dərin minnətdarlığımızı bildiririk. Qələmin uzunömürlü olsun Rick Əmi!